Ağadadaş Ağayev: "Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm" - VİDEO
Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra açıqlama verib.
Adalet.az xəbər verir ki, Baku TV-yə danışan Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:
"Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər".
Ağadadaş Ağayev insident zamanı atdığı balta zərbəsindən xəsarət alan və hospitalda xadimə işləyən Nəzakət Paşayevaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ağadadaş Ağayev deyib ki, o, hətta Nəzakət Paşayevanı işlə də təmin edə bilər: "Nəzakət xanım gəlsin, onu işə götürüm. Ona orada aldığı maaşın 3 qatını verməsəm, kişi deyiləm".
Digər Xəbərlər
16 Dekabr 2025 15:01
Samira: “Qızım dedi ki, arzularımı puç etmə”
16 Dekabr 2025 15:01
Qumral: “Bacarmıramsa, canlı ifa etmək vacib deyil”
16 Dekabr 2025 12:38
GoTürkiye-nin yeni mini-serialı: “Bir İstanbul hekayəsi” - FOTOLAR
16 Dekabr 2025 12:29
Xalq artisti: “Dəfələrlə mənə dedi ki, “Locco” de. Mən o mahnını oxumamışam”
15 Dekabr 2025 19:28
Nazilə təşkil etdiyi bir xına məclisinin qiymətini açıqladı - VİDEO
15 Dekabr 2025 14:41
Güllünün keçmiş əri ilk dəfə danışdı: “Buna inanmıram, hansı razılaşma...”
15 Dekabr 2025 12:26
Ayan: “O mövzulara toxunmayın, çünki…”
15 Dekabr 2025 11:18


Bakı -°C

