«AĞASƏLİM, ÖZÜNÜZLƏ QAPIÇI APARMAMIŞDINIZ?»

Bu məşhur ifadə Ulu Öndər Heydər Əliyevə aiddi. Deməli, Azərbaycanın milli komandası Fransaya Parisdə 10:0 hesabı ilə uduzmuşdu. Futbolçular qayıdandan sonra Ulu Öndər özünəməxsus təbəssümlə komandanın baş məşqçisi Ağasəlim Mircavadova demişdi:
- Ağasəlim, özünüzlə qapıçı aparmamışdınız?
Dünən «Neftçi» 120 dəqiqə meydanda dirəniş göstərdi. Ümumiyyətlə, futbolçular nə imkanları vardı qoydular ortaya. Amma təəssüf ki, uduzdular.
Mənim yadıma Ulu Öndərin Ağasəlimə dediyi sözlər düşdü. «Neftçi» də Vyanaya baş məşqçisiz getmişdi. Komandada hər şey vardı, bircə sərkərdə, daha dəqiq desək, dirijor çatmırdı. Bu cür dirijorla «Neftçi» çətin çempionluq uğrunda mübarizə apara.