Ağcabədidə qumbaranın partlaması zamanı xəsarət alanlarınSON VƏZİYYƏTİ
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi başlanıb.
Digər Xəbərlər
01 Fevral 2025 16:42
Araz çayından qanunsuz balıq ovlayan şəxs saxlanıldı
01 Fevral 2025 16:40Ağcabədidə dəhşətli partlayışla bağlı YENİ TƏFƏRRÜAT - VİDEO - FOTO
01 Fevral 2025 12:00Hər gün eyni yeməyi yeyən uşaq kor oldu
31 Yanvar 2025 21:06İdarəetməni itirdi, beş nəfər öldü...
31 Yanvar 2025 17:37