Ağdamda kafedə yanğın olub
Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının taxta konstruksiyalardan ibarət kafedə baş verdiyi və onun hər an kafeyə bitişik fərdi yaşayış evinə keçmə təhlükəsinin olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan kafenin 12 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb, yüksək temperaturdan kafenin daxili arakəsmələri 5 kv.m sahədə deformasiyaya uğrayıb.
Kafenin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub.
Digər Xəbərlər
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
05 Noyabr 2025 16:40


Bakı -°C

