adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
14 Mart 2022 14:30
937
LAYİHƏ

Ağdamda tədbir

AzərbaycanRespublikasınınQeyriHökümətTəşkilatlarınaDövlətDəstəyiAgentliyininmaliyyədəstəyiiləMüasirGənclikvəSocialİnkişafİctimaiBirliyiAğdam rayonunda gənclərin peşə təhsilinə marağının artırılmasına dəstək verilməsi mövzusunda tədbir kecirib.

Tədbiri acıq elan edən təşkilat sədiri Etibar Əsədov bildirmişdir ki, peşə seçimi insan həyatının müəyyən olunmasında ən vacib məsələlərdən biridir. Hər bir insan müəyyən yaş həddinə çatdıqda gələcək həyatı barədə düşünməli olur və həyat yolunu davam etdirmək üçün peşə seçimi qərarı verir: "Bəziləri ata-babasının sənətini davam etdirməyi, bəziləri yeni bir işlə məşğul olmağı seçir. Ali təhsil, yoxsa hansısa sənətlə məşğul olmaq seçimi qarşısında olanlar bu zaman bir neçə suala cavab verməli olurlar. Bu zaman həm insanın arzuları və imkanları, həm ətrafdakıların tövsiyyə və təşviqləri kimi daxili və xarici amillərin təsiri özünü göstərir. Əldə edəcəyi bilik və bacarıqlardan səmərəli istifadə, iş tapmaq kimi amilləri də göz ardına almaq olmaz. Şübhəsiz ki, dövlət orqanları ilə bərabər, ictimai təşkilatlar, kooperativlər, ayrı-ayrı vətəndaşlar təhsilin inkişafına yaxından kömək edir, onun yeniləşməsinə şərait yaradır”.

Tədbirdə çıxış edənAzərbaycan Respublikasını Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi agentliyinin nümayyəndəsi Xatirə Bəşirova Agentlik haqqında məlumat verdi sonra isə lahiyyənin icrası ilə baglı lahiyyə iştiracları ilə fikir mübadiləsi apardı.

Lahiyyəni təlimcisiA.Əsgərli lahiyyəni məqsədi və gələcək karyera qurulması istiqamətində gənclərin marifləndirilməsi Peşə təhsilində əsas amil hər şeydən əvvəl, insanın peşə seçimindəki azadlıqlar barəsində məlumat verdi. O, həm də əldə ediləcək ixtisas səviyyəsinin harada, hansı forma və qaydalarla əldə edilməsində uyğunluğun olması barəsində danışıb: "İnsana belə seçimin verilməsi o deməkdir ki, heç bir xarici təzyiq olmadan onun peşə seçimi təmin edilir. Peşə təhsilinin açıq şəraitdə fəaliyyət göstərməsi, aşağıdakılarla qarşılıqlı təsirdə olması xüsusi əhəmiyyət kəsb edir: şəxsiyyətlə, əhatə edən sosial mühitlə, əmək bazarı ilə, xarici təhsil sistemləri ilə peşə təhsili mütəxəssisləri ilə elmi texniki və texnoloji yeniliklərlə, əməyin müxtəlif formaları ilə. Peşə təhsili elm və texnikadakı yenilikləri daha tez qəbul etməli, onu təhsilin məzmununa daxil etməli, o həyat tərzinin, eləcə də cəmiyyətdəki dəyərlər sisteminin dəyişilməsinə reaksiya verməlidir. Hazırda dünya bazarında rəqabətə davamlı məhsul istehsalı və davamlı iqtisadi artımın təmin olunması əsasən insan kapitalı hesabına həyata keçirilir. Dünya Bankının 192 ölkədə apardığı tədqiqatlar nəticəsində məlum olub ki, planetimizdə iqtisadi artımın 16%-i fiziki kapital, 20%-i təbii resurslar, 64%-i isə insan kapitalı hesabına baş verir. Bundan əlavə, Qərbdə aparılan tədqiqatlara görə, inkişaf etmiş ölkələrdə insan kapitalına qoyulan investisiyaların gəlirlilik norması səhmlərdən əldə olunan qazancı azı iki dəfə üstələyir. Bu baxımdam cəmiyyətin başlıca məhsuldar qüvvəsi kimi insan kapitalının inkişafı hər bir dövlətin başlıca vəzifələrindən birinə çevrilib. İnsan kapitalının inkişafına səbəb olan amillərin içərisində əsas yerlərdən birini isə insanların təhsilinə, xüsusən də peşə təhsilinə yönəldilən investi siyaların səmərəliliyi tutur”.