Ağdamlı Zülfiyyə Günəş Türkiyədə bələdiyyə sədrliyinə namizəddir - SİLİVRİ
Azərbaycanlı xanım Türkiyədə bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb.
Adalet.az xəbər verir ki, Zülfiyyə Günəş Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizəddir.
Zülfiyyə xanımla əlaqə saxlayıb , əvvəl onu təbrik etdik, sonra isə özünü Azərbaycan ictimaiyyətinə yaxından tanıtmasını xahiş etdik.
O, bildirdi ki,1973-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub:” İbtidai təhsilimi Gülablı kəndində başa vurdum. Daha sonra təhsilimi Bakıda A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam etdirdim. 1991-ci ildə 50 tələbədən biri olaraq İstanbul Universitetinə təhsil almağa yollandım. Həmin universitetin tarix fakültəsini bitirdim. 1992-ci ilin fevral ayında Azərbaycana gəldim. Kənddən bizimkilər ən son o zaman çıxdılar. Gülablı işğal edildi. Kəlbəcər işğal olunandan sonra 1993-cü il aprel ayının 6-da Bakıya gəldim. Sonra Türkiyəyə gedib 1995-ci ildən orada qaldım”.
Zülfiyyə xanım 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisi olduğunu da vurğuladı: “Uzun illər müəllim olaraq fəaliyyət göstərdim. 50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans keşirdim. 2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına pankart açaraq onlara etirazımı bildirdim. Fransız, ingilis və erməni dilində pankart təqdim etdim”.
Xanım namizəd kitabı haqqında da məlumat verməyi unutmadı: “Gözlərim yol çəkər, Qarabağ” kitabında sovet dövründəki və ondan sonrakı Qarabağı təsvir etmişəm. Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabında məndən bəhs edib. Kitab ABŞ-də ingilis dilinə tərcümə olunur.
Zülfiyyə xanım “Günəş” təxəllüsü ilə bağlı sorğumuzu belə cavablandırdı:”Günəş təxəllüsümü Azərbaycanın simvolu olaraq götürmüşəm. Günəş qədim Azərbaycanın simvoludur. Günəşi Azərbaycanla yenidən bir araya gətirmək istədim”.
Son olaraq Zülfiyyə xanımdan niyə namizədliyini məhz Silivridən irəli sürdüyünü soruşduq. Müsahibimiz buna da açıqlama verdi:
“31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkisində Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizədliyimi irəli sürdüm. Silivri bölgəsində 25 ildir yaşayıram.
Müxtəlif məktəblərində dərs demişəm. Xalqı tanıyıram. Məmləkət partiyası məni namizəd olaraq irəli sürdü. Əgər seçilərəmsə, Ağdam ilə Silivrini qardaşlaşmış rayon olaraq görmək istəyirəm. Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək”, - deyə Z.Günəş əlavə etdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
16 Mart 2026 10:38
Yuxusuzluq: görünməz təhlükə - SN-in nevroloqundan XƏBƏRDRLIQ
12 Mart 2026 10:31
Böyrək çatışmazlığının ilk əlamətləri - SN-nin mütəxəssis-ekspertindən TÖVSİYƏLƏR
03 Mart 2026 18:07
Azərbaycanda ilk dəfə rəqəmsal əkiz müsahibə verib
02 Mart 2026 11:12
İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər
28 Fevral 2026 13:32
Cinema Radio Kino Radio Kanalı: Bakıdan Los Angelesə qədər dalğalar...
23 Fevral 2026 11:02
Dəmir qəbul edirsinizsə, bu, qana keçirmi? - SN-nin mütəxəssisi anemiyadan danışır
20 Fevral 2026 11:31
Orucluqda qidalanma və fiziki aktivlik necə olmalıdır? - VACİB TÖVSİYƏLƏR
16 Fevral 2026 11:21


Bakı -°C


