Ağdərənin Çıldıran kəndində daha 30 evin bərpası planlaşdırılır
Bu il daha 30 evin bərpası planlaşdırılır. Çıldıran kəndində 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, indiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib: “Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb”.
O, həmçinin kənddə yenidən qurulan infrastrukturla bağlı da məlumat verib:
"Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb".
Qeyd edək ki, Çıldıran kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid “Alban məbədi” və XIII əsrə aid “Qırmızı məbəd” memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
Digər Xəbərlər
04 Mart 2026 10:45
Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
04 Mart 2026 10:33
İrandan Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib
03 Mart 2026 17:08
Leyla Əliyeva: Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi təhlükə altındadır
03 Mart 2026 15:06
"2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident
03 Mart 2026 15:01
Vilayət Eyvazov bu tarixdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək
03 Mart 2026 14:21
Kamran Əliyev Rusiyanın Baş prokurorunun müavinini qəbul etdi
03 Mart 2026 13:35
İrandan Azərbaycan sərhədi ilə 89 nəfər təxliyə olunub
03 Mart 2026 12:32


Bakı -°C

