Ağsuda 10 odlu silah polisə könüllü təhvil verildi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Lənkəranda narkokuryer həbs edildi

"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları
