Aİ Bakı və İrəvan arasında məzmunlu danışıqlar görmək istəyir - Toivo Klaar
Avropa İttifaqı Bakı və İrəvan arasında məzmunlu danışıqlar görmək istəyir.
Adalet.az bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
"Aİ sülh sazişi, delimitasiya sazişləri və kommunikasiyaların açılmasına gətirib çıxaracaq real, məzmunlu danışıqlar görmək istəyir. Bunu diqqət mərkəzində saxlamalıyıq", - Klaar vurğulayıb.
O qeyd edib ki, əgər siyasi iradə, öhdəlik varsa, müsbət nəticə əldə etmək, həqiqətən də, bu qədər uzun sürməməlidir.
"Biz müsbət nəticə əldə etmək üçün Ermənistan və Azərbaycanla birlikdə bu istiqamətdə işləmək istəyirik. Çünki dediyim kimi, məncə, hər iki tərəfdə siyasi öhdəlik varsa, nəticə əldə etmək o qədər də uzun sürməyəcək", - o əlavə edib.
Qeyd edək ki, aprelin 8-də İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17
Baş nazir Lyu Haysinlə görüşdü
08 Sentyabr 2026 15:19
Trampın son paylaşımı nə deməkdir?
08 Sentyabr 2026 14:10
“Avropada bir kabus dolaşmaqdadır, alman faşizmi”
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38


Bakı -°C

