Ajiotajla hazırlıq olmur - Səxavət Məmməd yazır
Xəbərdarlıq edirlər ki, hərbi maşın karvanını çəkmək, paylaşmaq olmaz. Hansı hərbi maşın karvanı? Onu mən niyə görmürəm? Bilərək və ya bilməyərəkdən erməni, bəlkə rus, bəlkə də İranın informasiya müharibəsi oyununa gəlirsiniz, sonra da xəbərdarlıq. Bunun adı "qarğa, məndə qoz var" deməkdir.
Neçə gündür camaatı gərginlik altında saxlayanlar var ki, bu gün başlayacaq, sabah başlayacaq. Hər şey cəhənnəm, qohum-əqrəbanıza, qonşunuza əsgərlər məzuniyyətə gəlir. Həm geniş miqyaslı əməliyyat anonsu verirsiniz, həm də məzuniyyətə gələn hərbçi qarşılayırsınız. Məntiq?
Demirəm, nəsə olmayacaq. Ancaq vallah, billah məlumat aldığınız adamlar vaxtı biləcək cinsdən deyil.
Bu ajiotaj nəyə və kimə lazımdır?
İran ordusu hazır vəziyyətə gətirilib. Ancaq bunu da yalnış şərh edirsiniz. İran Azərbaycan sərhədi istiqamətinə ordu cəmləyib. Silahlar Azərbaycan istiqamətə tuşlanıb. Biraz konkret olun!
İran bu addımı atmaqla nəyə nail olur? Məcburən Azərbaycan ordusu da o istiqamətə silah tuşlamalıdır. Yəni, Azərbaycan ordusu artıq 2 yox, 3 istiqamətə silah tuşlamalıdır. Bunun adı həm də qüvvələri parçalamaq deməkdir. İran olacaqların fərqindədir. Ona görə də, bilərəkdən bu addımı atır. İran kimin yanında olduğunu açıq nümayiş etdirir.
Azərbaycan İranın bu addımına məhəl qoymamalıdır. Birinci növbədə Qarabağ problemini həll etməlidir.
Vəziyyət son dərəcə gərgindir. Gərginlik artan xəttlə davam edəcək. Separatçı rejim də hazırlıq içindədir, elə Azərbaycan da.
Yaxşı edirsiniz, düz edirsiniz, ancaq ajiotajla hazırlıq olmur.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub
24 Sentyabr 2026 10:33
“Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin...”
24 Sentyabr 2026 10:00
“İran nüvə silahı əldə edə bilər” – Politoloq
24 Sentyabr 2026 09:47
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - FOTOLAR
24 Sentyabr 2026 09:30
“Səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”
24 Sentyabr 2026 09:13
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20


Bakı -°C

