Aktoti Raimkulova ilə memorandum imzalandı

Aprelin 6-da Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb. Sənədi Sahibə Qafarova və Aktoti Raimkulova imzalayıblar.
Milli Məclisin sədri sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Digər Xəbərlər

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Milli Bəyannamə ilə çıxış edib

Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olunub - FOTO

İraqın Baş naziri İlham Əliyevi təbrik etdi

Azərbaycan və İsrailin XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Prezident iranlı naziri qəbul etdi - YENİLƏNİB + FOTO

Bakı və Pekin sülh və sabitliyi birgə təşviq etmək niyyətindədirlər

Azərbaycan İsraillə Anlaşma Memorandumu imzalayıb
