Azərbaycan Ordusunda döyüş atışlı təlim keçirilib - VİDEO/FOTOLAR

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyib.
Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.
Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.
Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.
Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Digər Xəbərlər

Bu məmurlar üzvlükdən çıxarıldı, yerinə onlar təyin edildi - SƏRƏNCAM

DYP sərnişin daşıma ilə məşğul olanlara müraciət etdi
jpg-1744802127.jpg)
Macarlardan ermənilərə 3-cü şillə: Macar turançılığı

Türk Dünyasının Tanınmış Alimi Aygün Attarın Doğum Günüdür

Qeyri-sabit hava şəraiti ilə əlaqədar növbəti müraciət

Teymur Musayev Dmitri Pineviç ilə görüşüb - FOTO

ADY gücləndirilmiş rejimdə çalışır - Qatarların qrafik üzrə fəaliyyəti bərpa olundu - YENİLƏNİB
