UEFA Çempionlar Liqası: "Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulub.
Adalet.az xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşib.
"Real" doğma meydanda "Arsenal"la üz-üzə gəlib.
"Bavariya" klubu isə İtaliyada "İnter"in qonağı olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Real” (İspaniya) – “Arsenal" (İngiltərə) 1:2 (1:5)
İlk oyun - 0:3.
23:00. “İnter" (İtaliya) - "Bavariya" (Almaniya) 2:2 (4:3)
İlk oyun - 2:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.