Su basmış yerlərdən 33-ü uşaq olmaqla 135 nəfər vətəndaş təxliyə olunub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.
FHN-dən Adalet.az-a verilən məlumata görə hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:34
İtkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 15:58
Şirvanda hamamda yıxılan qadın öldü
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37
Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
11 Dekabr 2025 15:23
İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu
11 Dekabr 2025 14:10


Bakı -°C

