Aktrisa həmkarlarına qəzəbləndi: “Qorxurlar ki rejissor onları çəkməz, ona görə susurlar”
Aktrisa Zülfiyyə Qurbanova aktyor və aktrisaların birlik olmamasından şikayətlənib.
Adalet.az xəbər verir ki, aktrisa həmkarlarını qorxaq adlandırıb.
O deyib ki, ölkəmizin aktyorları qədər birıiti olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə həmfikir olmayan ikinci bir ölkə aktyorları tanımıram. Nə zaman hansısa kanaıda aktyorların (çəkiliş, qonorar və s.) probleminə toxunan mövzular barədə fikir bildirmişəm, heç bir zaman paylaşıma belə dəstək xarakterli yazı yazmayıblar. Hətta bəyənməyiblər də. Elə bilirsiniz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkədə oturub başqa ölkənin bizə aid olmayan məişət söhbətlərini, cəmiyyətimizin lazımlı və lazımsız bütün məsələlərini status halına gətirib lağlağı edə bilirlər amma. Hə, niyə səslərini çıxarmırlar?! Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra bunları çəkməz. Amma hardasa hansı biri ilə rastlaşanda “gördüm çıxışını, razıyam” deyirlər, heç kimin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir. Ona görə də özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatızmazlıqları dilimə gətirib müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracam. 20 ildi bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki dünyanı gəzmişəm, işlərimlə (işlərimizin aldığı mükafatları demirəm), hələ yerli proyektlərdə göstərdiyim aktrisalığımdan danışmıram. Havayı heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz mən nədən danışıram.
Eminquey
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

