09 Mart 2019 15:41
25853
MƏDƏNİYYƏT

Aktyor Vladimir Etuş dünyasını dəyişib

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib.

Bu barədə Yevgeni Vaxtanqov adına Moskva teatrının mətbuat katibi bildirib.

Aktyorun ölümünün səbəbləri hələki məlum deyil.

Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib.

Sonuncu dəfə onun vəziyyəti yanvar ayında, tamaşa öncəsi pisləşib.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.