14 Sentyabr 2024 14:15
270
MƏDƏNİYYƏT

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Adalet.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

***

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

Adalet.az xəbər verir ki, təşkilatdan Trend-ə xəbəri təsdiqləyiblər.

Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi.

O, bir neçə gün əvvəl keçirilən növbədənkənar parlament seçkisində seçki məntəqəsinə gedərək səs vermişdi.