Bu məntəqələrdə seçkinin nəticələri LƏĞV OLUNDU

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.
Adalet.az xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.
Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
Digər Xəbərlər

Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik - Fidan

ABŞ senatoru: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir

Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Kamran Əliyev BPA-nın 30-cu illik konfransında iştirak edib

Mustafayev və Qriqoryanın qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi bilinib

Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr apardı
