Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanda
Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı iki günlük beynəlxalq konfrans işə başlayıb. Konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə və əmək bazarının yeni tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsini təşviq etməkdir.
Tədbirdən əvvəl universitet rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Həmçinin süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri; ali təhsildə rəqəmsal transformasiya, bilik transferi, qloballaşma və beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, sosial məsuliyyət və bərabərlik, idarəetmə, keyfiyyət təminatı və gələcəyin bacarıqları kimi aktual istiqamətlər üzrə aparılan elmi tədqiqatların nəticələri təqdim olunur, fikir mübadiləsi aparılır.
Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.
Digər Xəbərlər
13 May 2026 12:58
Nazirdən kollec və universitetlərlə bağlı ƏMR
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
13 May 2026 10:21
Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
12 May 2026 12:59
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26


Bakı -°C

