adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
25 May 2022 13:03
627
MƏDƏNİYYƏT

Alim nazirə müraciət etdi

Dosent Zaur Əliyev Mədəniyyət naziri Anar Kərimova müraciət ünvanlayıb.

Adalaet.az xəbər verir ki, alim tarixi abidələrin qorunması ilə bağlı nazirə müraciət edərək bu abidələrə sahib çıxılmasını istəyib.

“Azərbaycanda qədim tarixi abidələr, mədəni, maddi və mənəvi irsə sahib çıxın xahiş edirəm Sizdən. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Tarixi-dini abidələr isə xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuz və ya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır. Son illərdə bəzi tarixi və arxeoloji abidələrimiz diqqətdən kənarda qalaraq baxımsız vəziyyətə düşür və nəticədə müəyyən vaxtdan sonra bəzilərinin itirilməsi təhlükəsi yaranır. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür və nəzərə almaq lazımdır ki, ölkəmiz yalnız şəhər mərkəzindən ibarət deyil. Təəssüf ki, şəhərimizdə də bəzi tarixi abidələrimiz baxımsızlıq üzündən dağılıb tarixdən silinir. Mən dəfələrlə mediada çıxış etmişəm bu abidələrlə bağlı, amma Siz yenə də susursuz. Sizə bir tarixi məkanı xatırlatmaq istəyirəm. Heç olmasa bu yerə sahib çıxın.

Azərbaycanın əksər bölgələrində hunlardan bu günə qədər gəlib çıxmış daş yazılar və məzarlıqlara da rast gəlmək olar. Bu gün daha çox Hun məzarlığı kimi tanınan, Bakının Xəzər rayonu ərazisində, Buzvona qəsəbəsində yer tanınır.

Tarixdə qeyd edilir ki, hələ e.ə. XII əsrdə hunlar mövcud olmuş, e.ə. VII əsrdən Yin-Şan dağları və onun ətrafındakı ərazilərdə məskunlaşmışlar. Artıq e.ə. IV əsrdə onlar güclü bir qüvvəyə çevrilmişdilər və tayfa birlikləri arasında birləşmə prosesi başlamışdır. Hunların məskunlaşdıqları ölkələr içərisində Azərbaycan da xüsusi yer tutmuşdur. Azərbaycanda ən qədim məzarlıqlardan biri kimi tanınan Hunların dəfn edildiyi yer İslam dövründə və Sovetlər dövründə dağıntılara məruz qalıb. Ərəblər üzərində türk damğaları olan məzarların çoxunu dağıtmış, sovetlər də onların bu işini davam etdirmişlər. Hətta ərəblər buranın islama aid olmasını göstərmək üçün İçərisində 4 qəbir olan türbə belə inşa etmişlər, qaynaqlara inansaq burada Xilafət dövründə bu ərazidə yaşayan Məhəmməd Əli adlı şəxs və onun yaxınları dəfn edilb. Təxminən 350 ildən çox yaşı olan türbə Səfəvi hökmdarı Bahadır xanın hakimiyyəti dövründə inşa edilib. Sovet dövründə burda tədqiqat aparan arxeoloqlar hun məzarlıqlarından uzunsov başı olan sümüklər tapıblar. Qeyd edim ki, bu cür sümüklərin Hunlara məxsusdur, çünki uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.

V əsrində Bizans müəllifi Paniyalı Prisk tərəfindən qələmə alınan “Hekayələr” əsərində Romaya elçi göndərilən Romuldan sitat gətirir. Romulun söylədiklərinə görə Hun rəhbərləri Romaya müqavilə imzalamağa gələn zaman, onlar Qafqazdan keçərək Xəzər dənizi boyunca səyahət etmiş və burada “suyun altında yerləşən qayalardan qalxan alovu” görmüşlər. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur.Qeyd edim ki qədim türklər, Tenqri şərəfinə tanınan insanları 6-güşəli sərdabə formasında dəfn edirdilər və ora daxil olmaq qadağan idi. Atillanın, Çingiz xanın, Batı xanın da məzarları məhz bu formada qurulub. Bu işarəni türklər belə iazah edirlər

- ALLAH, 4 ünsür, hava-od-su-hava və İNSAN

Təpə nöqtəsi yuxarı istiqamətlənmiş üçbucaq alovu və havanı, təpə nöqtəsi aşağı istiqamətlənmiş üçbucaq isə suyu və torpağın təsvir edir.

Səkkiz guşəli ulduz isə bu gün bəzi macar şəhərlərinin gerbində təsvir olunub. Bu hunların Tanrıya olan inancından irəli gəlir. Günəş işarəsiə gəldikdə isə, Hun imperatoru Metenin Çin İmperatoruna göndərdiyi məktubda belə bir cümlə var: “Göy və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının Böyük Kutu ehtiramla Çin İmperatorundan rica edər” Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş və tapınma geniş yayılmışdı. Bəzi hun məzar daşlarında ağac işarəsinə də rast gəlmək olur, Böyük Hun dövlətinin bayrağını bəzəyən bu işarə ortaq türk damğaları təsnifatında ”Baytərək” adlanır və ilkin olaraq, Ruhlar Aləmini, Orta Dünyanı və Göyü – Tenqri xan məkanını birləşdirən Müqəddəs Ağac anlamını vermişdir.

Ancaq təəsüflə qeyd etmək lazımdır ki, böyük tarixə malik olan qəbiristanlıqdakı məzarlar zamanla sındırılıb, dağıdılıb. Xahiş edirəm bura diqqət verin, qayğı göstərin. Axı bu məzarlıqlar bizə əmanətdir, tarixin əmanəti .”

Cavid