adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2024 15:43
2120
ƏDƏBİYYAT

ALLAH “KƏPƏZ”Ə  KÖMƏK OLSUN... - Vaqif Tanrıverdiyev yazır
 

Vaxtilə  öz  stadionları, əlverişli  sağlamlıq-idman kompleksləri  olan “Kəpəz”   baxımsızlıq, laqeydlik üzündən  öz oyunlarını başqa şəhərdə keçirmək məcburiyyəti ilə üzləşəndə  “Qəbələ” futbol akademiyası  möhtəşəm qonaqpərvərlik nümayiş etdirdi, öz qapılarını “Kəpəz”in üzünə açdı, ev sabibi kimi  qonaqlara hər cür şərait yaratdı, qəlb genişliyi  nümayiş etdirdi. Hamı da bu “jesti” millətimizə layiq qonaqpərvərlik nümayişi kimi qarşıladı. Qəbələdə oyunlar “Kəpəz”ə geniş imkanlar açdı, sanballı oyun nümayiş etdirib, yüksək liqada qalmaq üçün  xal ehtiyatını artırmağa başladı... Qonaqlar xal ehtiyatını artırırsa, deməli yüksək liqada qalmaq ehtimalları da yüksəlir. Bəs  çempionatı kim tərk etməlidir, məntiq sadədir, sonuncu yeri tutan komanda. “Kəpəz”in həm də onda bəxti  gətirmədi ki, onun bu rəqabətdə  rəqibi “Qəbələ” oldu.  

“Kəpəz”in   “Qəbələyə” onun  doğma meydanında  qalib gəlməsi bardağı daşıran son damla oldu. Cani-dildən  qonaqpərvərlik göstərən “Qəbələ”nin niyyəti bilindi.  Nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək, “Cəhənnəm yoldaşlığında” “Kəpəs”i irəli verəcək. “Yersiz gəldi, yerli qaç” - deyə  köhnə bir məsəl var.  Amma “Qəbələ” qaçmadı, yersizə yerini göstərmək üçün çox düşünmədi,  qəti addım atdı,   nümayişkəranə şəkildə bəyan etdilər  ki, bəs deməzsənmi   “Kəpəz”in Qəbələdə oyun keçirməsi mümkün deyil, stadionun ot örtüyü  bərbad vəziyyətə düşür.

Bəli, qəribə məntiqdir, nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək.   Ataların gözəl bir deyimi var: Cəhənnəmə gedən özünə yoldaş axtarar.  Amma o vaxt  Atalar bu hikməti “kəşf” edəndə  heç düşünməyiblər ki, yolun son  “mənzili” olan  cəhənnəm  öz “qonağını” tək qəbul edir.  Deməli  liqada qalıb,  yerini möhkəmlətmək üçün Tovuzdakı güclü qasırğadan  sonra   stadionundakı  şərait imkan vermədityi üçün , Qəbələyə pənah gətirən “Kəpəz”  əla hədəfdir, necə deyərlər,    qurbanlıq  “qoyun” onların ovcunun  içindədir, öz meydanlarında “Kəpəz”ə qalib gələr, sonra da  qurbanının başı üstündə timsah göz yaşları tökərlər.  

Göründüyü kimi, “Kəpəz”in bəxti onda gətirmədi ki,  liqanı tərketmə rəqabətində  onun  rəqibi “Qəbələ” oldu.  Deməli belə çıxır ki, evimdə “oyna”, çörəyimi ye, suyumu iç həm də  mənə də xor bax... 

Cani-dildən  qonaqpərvərlik göstərən “Qəbələ”yə qalib gəldilkdən sonra  “məğlub qonaqlar”   uğursuzluğun əvəzini çıxmaq üçün çox düşünmədi,  nümayişkəranə şəkildə bəyan etdilər  ki, bəs deməzsənmi   “Kəpəz”in Qəbələdə oyun keçirməsi mümkün deyil, stadionun ot örtüyü  bərbad vəziyyətə düşür.  Bəli, qəribə məntiqdir, nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək.  Ataların  gözəl bir sözü var: cəhənnəmə gedən özünə yoldaş axtarar. Onlar  bu sözü deyəndə heç düşünməyiblər ki, cəhənnəm “qonağını”  tək-tək qəbul edir,  ona görə də  cəhənnəmə  gediş üçün  qurbanlıq onların ovcunun içindədir, öz meydanlarında “Kəpəz”ə qalib gələr, sonra da  qurbanının başı üstündə timsah göz yaşları tökərlər.    Amma qonaq “ev yiyəsinin qulu olmadı”, necə deyərlər gəmidə oturub gəmiçiyə diş göstərdi. 

Deyirlər, oyunüçün “Kəpəz”  stadion  axtarır, Tovuz onları yenidən qəbul edəcəkmi, Bakıda oyun imkanları varmı?

Nə isə vaxtilə şanlı futbol ənənələrinə malik, “Kəpəz”, “Metallurq”, “Spartaq” kimi stadionları, çoxsaylı idman-sağlamlıq kompleksləri olan,  şanlı futbol ənənələrinə malik bir şəhərin  komandası bu gün qapılarda qalıb, AFFA-ya da  ümid azdır, Allah “Kəpəz”ə kömək olsun... 

“Kəpəz”ə əmək vermiş Nofəl Əzizovun gözəl bir təşəbbüsü var:  “Kəpəz”in  oyunlarına  Xankəndi ev sahibliyi etsin.  Maraqlı təşəbbüsdur, bu barədə düşünməyə dəyər...