Almaniyada yaşayan azərbaycanlı yazıçının əsəri çap olunub
Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın yeni əsəri çap olunub. Əsər “Bir qadının anatomiyası” adlanır. Bu, yazıçının sayca səkkizinci kitabıdır. Müəllifin bütün əsərlərində olduğu kimi bu əsərində də insan faktoru önə çəkilir. Bütün çətinliklər və maneələrə rəğmən humanizmin mövcudluğu, güclü qadının yaşadığı keçilməz çətinliklər əsərdə olduqca aydın şəkildə yer alıb.
Ədib əsərlərində daha çox bellestrika janrına müraciət edib.
Müəllifin bundan əvvəl “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh", “Tükənmiş xəyalların izində”, “Ağlayan Divar",“ Bir qadının anatomiyası”. Bakıdan Qahirəyə və Stokholma uzanan yol romanı İsveçdə 2016-cı ildə ingilis dilində, 2019-cu ildə İsveç dilində dərc olunub. “Tükənmiş xəyalların izində”, “Ağlayan Divar” əsəri isə Türkiyədə işıq üzü görüb.
Qeyd edək ki, yazıçı əsərlərini yazmaq üçün həmin əsərlərdə adı keçən bütün ölkələri gəzib, görərək, hiss edərək yazıb. Səyahət etdiyi ölkələrin qayda-qanunları və mədəniyyəti ilə yaxından tanış olub. O, dünyanın 45 ölkəsinə səyahət edib. Beş dil bilir. Əsərləri dörd dildə üç ölkədə çap olunub.
ƏNTİQƏ KƏRİMZADƏ
Digər Xəbərlər
27 Oktyabr 2026 11:00
İKİ ŞEİR
27 Oktyabr 2026 10:55
“Siyasət və din insanla sevişəndə onu geyindirir...”
27 Oktyabr 2026 10:53
Arzu Kazımqızı Nehrəmli ŞEİRLƏRİ
26 Oktyabr 2026 13:53
Zəfər müjdəli qayıdış
26 Oktyabr 2026 13:23
AQİL ABBAS OXUCULARI İLƏ GÖRÜŞDÜ - FOTOLAR
26 Oktyabr 2026 11:33
Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası
26 Oktyabr 2026 11:19
“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
26 Oktyabr 2026 11:05


Bakı -°C

