adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Yanvar 2021 17:14
22467
MƏMLƏKƏT

Alqış Musayev: Nijdenin nigahdankənar qızı

Qatil, cani Nijde 1918 - ci il Meğridə saysız- hesabsız qətillər törətmişdi..

Meğridə Ofiq adlı bir erməni qadın vardı.

Ermənilər ona “bizm Ofiq” deyirdilər.

Əri Meğrinin əsas qatar dayanacağı olan Kürədüzü stansiyasının rəisi idi.

(Qeyd edim ki, Meğri stansiyası Azərbaycan Dəmir Yol İdarəsinin tabeliyində idi.)

Onların bir qzları da vardı, Emma adında .

Emma bir neçə dəfə partiyaya daxil olmaq istəmişdi.

Hər dəfə də atam Həsən Musayev buna imkan vermirdi.

“Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri Abdulla İbrahimov sonra yazırdı ki, Həsən müəllimdən bir dəfə soruşdum ki, niyə Emmanın partiyaya daxil olmasına etiraz edirsən.Həsən müəllim dedi ki, onun atası Jora Hayrapetyan “Qrunk” erməni təşkilatının üzvüdür, tez-tez Xabkəndinə (Stepanakertə ) gedib gəlir.Anası Ofiq isə Nijdenin nigahdankənar qızıdır.