06 Sentyabr 2024 20:19
256
HADİSƏ

Amfibiya təyyarəsi Türkiyədə: Meşə yanğınları... - Video

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Adalet.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

"Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir", - məlumatda vurğulanıb.