ANAMA əməkdaşı minaya düşdü - Ayağı amputasiya edildi
Qazax rayonunda mina hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Digər Xəbərlər
25 Oktyabr 2026 18:50
Xəzərin suyunda naməlum köpüklənmə - VİDEO
25 Oktyabr 2026 15:36
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
24 Oktyabr 2026 15:38
Zığda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 18:10


Bakı -°C

