Ankara ilə qarşıdurmadan qaçırıq - Netanyahu
Türkiyənin regional addımlarını yaxından izləyirik.
Adalet.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Abu Ali Express” adlı Teleqram kanalına açıqlamasında deyib.
O xatırladıb ki, Təl Əvivlə Ankara arasında münasibətlər İsrail ordusunun Qəzza əməliyyatları səbəbindən pisləşib.
Netanyahu Türkiyənin bəzən “ifrat ritorikadan” istifadə etdiyini iddia edib.
Baş nazir eyni zamanda Türkiyə ilə müəyyən məsafə saxladıqlarını və Ankaranın regional addımlarını yaxından izlədiklərini də vurğulayıb:
“Biz düşmən axtarmırıq, lakin bölgədəki heç bir ölkənin bizi təhdid etməsinə də icazə verməyəcəyik”.
Türkiyə ilə qarşıdurmadan qaçdıqlarını vurğulayan Netanyahu qeyd edib ki, ölkəsini qorumaq üçün nə lazımdırsa edəcəklər:
“Amma mümkün olduğu qədər, ilk növbədə dialoq qurar, bununla bərabər qətiyyətli mövqe nümayiş etdirərik”.
Digər Xəbərlər
22 Noyabr 2025 18:32
"G20-ni daha çox məsuliyyət götürməyə dəvət edirəm" - Ərdoğan
22 Noyabr 2025 17:11
HƏMAS-dan İsrail ÇAĞIRIŞI
22 Noyabr 2025 12:33
Gürcüstan DİN Türkiyə ilə qəzanı müzakirə ediblər
22 Noyabr 2025 11:35
Ukraynanın ərazi bütövlüyü və suverenliyi pozulacaq – Politoloq
22 Noyabr 2025 10:26
“Analitiklər Ukrayna savaşının bu sonluqla yekunlaşacağını öncədən proqnozlaşdırır”
22 Noyabr 2025 10:05
“Rusiya nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina etməlidir...”
21 Noyabr 2025 16:17
Peskov Ukraynanı hədələyib
21 Noyabr 2025 16:08


Bakı -°C

