adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2025 17:11
41
DÜNYA
A- A+

HƏMAS-dan İsrail ÇAĞIRIŞI

Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyəni Qəzza zolağında atəşkəs rejimini pozmağı dayandırması və müvafiq razılaşmaya əməl etməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb. 

Adalet.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yerləşdirilmiş bəyanatda deyilir.

"İşğal ordusunun Qəzza zolağının şərqindəki əraziləri hava hücumları və artilleriya atəşinə tutmaqla yanaşı, əhalimizin kütləvi surətdə yerdəyişməsi ilə müşayiət olunan Sarı Xətti məhv etmək cəhdlərini davam etdirməsi və onun gündəlik qərbə doğru irəliləməsi atəşkəs razılaşmasının kobud şəkildə pozulmasını təşkil edir", - HƏMAS-dan bildirilib.

Həmas vasitəçiləri “təcili müdaxilə etməyə və bu pozuntulara dərhal son qoymaq üçün təzyiq göstərməyə” çağırıb. Fələstin qrupu həmçinin ABŞ-dən İsrail hökumətini razılaşmadan irəli gələn öhdəliklərə əməl etməyə məcbur etməyi tələb edib.