adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Noyabr 2022 11:22
582
ŞOU-BİZNES

Aparıcı ağciyər xərcənginə tutuldu, məşhur  müğənni ona dəstək oldu - FOTO 

Bu ilin ən qalmaqallı hadisəsinə imza atan türkiyəli aparıcı Armağan Çağlayan "Altın kelebek" mükafatından imtina etməsi ilə yaddaşlarda qaldı.


Adalet.az Haberler.com –a istinadən xəbər verir ki, aparıcı sevənlərini kədərləndirib. O, ötən gün sosial şəbəkədə məlumat verib ki, ağciyər
xərçəngi xəstəliyinə tutulub: "Sizinlə şəxsi bir məsələni bölüşmək istəyirəm. Yaxın günlərdə həkim müayinəsindən keçərkən ağciyərimdə problem aşkarlandı və xərçəng olduğum üzə çıxdı.

Gələn həftənin sonundan müalicəyə başlayacam".
Onun ardından sevilən müğənni Ebru Gündeş sosial şəbəkə hesabında paylaşım edərək ona dəstək olub "Bu prosesin sonunda qalib olacağına şübhəm yoxdur. Hər zaman yanındayam" deyib.


Qeyd edək ki, Türkiyə mediası 1966-cı ildə doğulmuş Armağan Çağlayanın subay olduğunu və övladı olmadığını yazır.

Əntiqə Rəşid