Apple-dan şok yeni cihaz gəlir
İndiyə qədər çox "Virtual Reallıq" cihazı çıxmışdı, amma dünən Apple yeni VR cihazı ilə bu texnologiyanın gələcəyinə yön verəcək bir addım atdı. Apple Vision Pro təqdim edildi. Cihaz sanki "Black Mirror" serialından çıxıb...
Çox funksional və bir o qədər də baha olan cihazın qiyməti 3500$-dır. Vision Pro 12 kamera, 5 sensordan aldığı datalarla ətrafınızı həm virtual reallığa çevirə bilir, həm də fiziki real dünyanıza virtual obyektlər əlavə edərək onları izləməyə, dəyişdirməyə icazə verir.
Cihazın ön hissəsində monitor var, şəffaf deyil. Amma istəsəniz sizin gözləriniz o monitorda əks etdirilir, istəməsəniz sadəcə bağlayırsınız. Kompüterdə, telefonda, planşetdə - bu cihazların bütün funksionallığı Apple Vision Pronun içərisində istifadə edilə bilir. Həm də eyni zamanda bir neçə işi bir yerdə görə biləcək formada.
Açılan virtual pəncərələri əl hərəkətlərinizlə əlavə vasitə olmadan idarə edə biləcəksiniz. Səslə idarə etmək də mümkün olacaq. Açılan pəncərələrin kölgələri, işğı və əksi real fiziki həyatda gördüyünüz hissələrə düşəcək. Bütün apple cihazlarına qoşulmaq olacaq.
Emin
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

