28 Iyul 2025 12:03
124
KRİMİNAL

Aptekdən oğurluq etdi

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.