Aqil Abbas "Ulduz"lu görüşlər"in qonağı olub - FOTOLAR
"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Ənənəvi olaraq, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı yazıçı və millət vəkili Aqil Abbas olub.
Adalet.az xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs Azərbaycan Universitetinin tələbələrinə qonağın ədəbi fəaliyyətindən söz açıb, onun Qarabağ mövzusunda yaratdığı əsərlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, yazıçılar Təranə Vahid və Taleh Mansur öz çıxışlarında Aqil Abbasın xəlqi üslubundan və vətəndaş mövqeyindən bəhs ediblər.
Tələbələrlə polemika şəraitində keçən tədbirdə Aqil Abbas səmimi cavabları ilə gənc filoloqlarda ədəbiyyata və kitaba maraq hissini gücləndirib. Müəllifi olduğu bir sıra nəşrləri tələbələrə hədiyyə edən yazıçı onlara gələcək karyeraları üçün məsləhət verməklə yanaşı, öz həyat təcrübəsini də bölüşüb.
"Ulduz"lu görüşlər"in növbəti qonağı akademik Nizami Cəfərov olacaq
Digər Xəbərlər
13 Mart 2026 09:10
“RƏMİŞ, GETMƏK VAXTIDI...” - Vaqif Bəhmənli yazır
13 Mart 2026 09:05
“Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik...”
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08
“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov
11 Mart 2026 14:06
"Bu dəqiqə evlənə bilərəm..." - 92 yaşlı tanınmış loğman
11 Mart 2026 13:48


Bakı -°C

