“ARB"nin yayımı 3 saatlıq dayandırıldı
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Aduiovizual Şuradan məlumat verilib.
Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər.
Digər Xəbərlər
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
01 Mart 2026 11:25


Bakı -°C

