Azərbaycanda mobil internet sürəti artıb
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Adalet.az xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub.
Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50% yüksəlib.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
Digər Xəbərlər
25 May 2026 16:14
“Bakcell” və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
25 May 2026 15:37
Yeni kiberdələduzluq: Mobil telefonunuzdan istifadə edirlər və... - XƏBƏRDARLIQ
20 May 2026 11:38
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
19 May 2026 17:14


Bakı -°C

