Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.
Adalet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Mərkəzin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər Xəbərlər
01 Iyun 2026 17:32
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edildi
20 May 2026 17:07
WUF13 çərçivəsində MİM tərəfindən tədbir keçirildi - FOTOLAR
20 May 2026 13:02
Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşdü - FOTO
13 May 2026 15:06


Bakı -°C

