Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən bir sıra media nümayəndələrinə "Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunlarının hazırlanması" mövzusunda vörkşop keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, rəqəmsal dövrdə medianın auditoriya ilə effektiv kommunikasiya qurması üçün vizual hekayəçilik və multimedia alətlərindən düzgün istifadə xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, belə vörkşoplar jurnalistlərin peşəkar bacarıqlarının inkişafına, həmçinin müasir media mühitində rəqabət qabiliyyətli məzmunların hazırlanmasına töhfə verir.
Vizual kommunikasiya mütəxəssisi və film rejissoru Antye Dombrovskinin təqdimatında keçilən vörkşop çərçivəsində ümumilikdə altı sessiya təşkil olunub.
Sessiyalarda "Müasir multimedia məzmun yaradıcılığına giriş: təcrübə və fikir mübadiləsi", "Real iş mühitində qərarvermə: peşə terminologiyası, montaj və vizual elementlərin işlənilməsi", "Hekayəyə giriş: auditoriyanı cəlb edən giriş strategiyaları, emosiya və etibarlılıq", "Avadanlıqlardan istifadə: kadrlama və perspektivin gücü", "Vizual materiallarda emosional təsir və etik yanaşma", eləcə də "Vizual hekayəçilikdə refleksiya və əsas nəticələr" mövzuları müzakirə olunub.
Antye Dombrovski diqqətə çatdırıb ki, vizual hekayəçilik və multimedia alətlərindən effektiv istifadə media materiallarının təsir gücünü artırmaqla yanaşı, məlumatın auditoriyaya daha aydın və cəlbedici şəkildə çatdırılmasına xidmət edir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
01 Iyun 2026 17:32
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edildi
20 May 2026 17:07
WUF13 çərçivəsində MİM tərəfindən tədbir keçirildi - FOTOLAR
20 May 2026 13:02
Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşdü - FOTO
13 May 2026 15:06


Bakı -°C

