adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2024 20:45
1113
İDMAN

Arda Güler “Real”dan ayrılmaq qərarını açıqladı

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib.

O, bu qərara dünən axşam La Liqada səfərdə “Malyorka”ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda əvəzedici heyətdə qalıb.

Baş məşqçi Karlo Ançelottinin də Gülerin fikrinə müsbət yanaşdığı bildirilib.