adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 12:52
43
ƏDƏBİYYAT
A- A+

Arzularıyla birgə geri dönməyən Şəfa – Əntiqə Kərimzadə yazır..

Ömrünün bahar çağında taleyinə yellər əsən gənc ifaçılardan biri də Şəfa Hüseynovadır.  O, 1975-ci il martın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Qaraqoyunlu dərəsində müəllim ailəsində anadan olub. 

Məlum hadisələr nəticəsində 1988-ci ildə Sumqayıtda  məskunlaşırlar. 13 yaşlı balaca Şəfa  həmin şəhərdə təhsil almağa başlayıb. O, ilk dəfə ekranlarda “Sübh şəfəqləri” verlişində görünür. Türkiyənin Ege Universitetinin filologiya fakültəsinə oxumağa başlayır. İki ildən sonra isə vətənə qayıdaraq Bakı dövlət universitetində təhsilini davam etdirir. Aldığı təhsil ona ədəbiyyatla, incəsənətə bağlı  çox şeyi öyrədir. 

Onun ailə həyatı da ömrü kimi yarım olur.  Müğənni bir dəfə ailəli olub. Ailəsi onun evlənəcəyi adamla ailə qurmasına qarşı olur. Lakin, o, həmin şəxsi sevdiyini deyərək onunla nigaha girir. Həyat yoldaşı Anar “N-brothers” qrupunun ilk solistlərindən biri olub. Onların evliliyi cəmi 3 ay çəkib. Şəfanın qardaşının dediyinə görə ayrılığa səbəb Anarın Şəfaya qarşı başqa qadınlarla xəyanət etməsi və ondan maddi tələblərinin çox olması olur. Şəfa həyat yoldaşından ayrılsa da onu çox sevir.  Yaradıcılığındakı bütün ayrılıq və sevgi mahnılarını ona həsr edir. 

Xüsusilə “Geri dön” mahnısını məhz Anar üçün yazır. Bir dəfə qardaşı onu mətbəxdə keçmiş əri üçün yazılan mahnıya qulaq asıb ağladığı yerdə görüb. Şəfa keçmiş ərini hələ də sevdiyini və mahnını onun üçün yazdığını ağlaya-ağlaya etiraf edir.

Həyat yoldaşından ayrılmağı onun həyatında sarsılmaz izlər buraxır.  Şəfa ətrafda bir çox insanlardan  uzaqlaşıb, yaradıclıqla məşğul olur.  Onun yaradıclığında daha çox sevgi mövzusu yer alır. Ən çox da nakam məhəbbəti  tərənnüm edən mahnıları dillər əzbəri olur.

Əlbəttə yaradıcılıqla yanaşı hər bir qadın kimi onun da ana olmaq arzusu olur. Lakin tale bu xoşbəxtliyi ona bəxş etmir. Onun övladı olmur. 
Müğənni son zamanlar efirlərə çıxmaqdan imtina  edirmiş. Daha çox el şənliklərində oxuyurmuş. Bunun əsas səbəbi isə siması ilə bağlı kompleksli olması olur. Burnunu estetik əməliyyat elətdirəndən sonra efirlərə yenidən çıxmağa başlayır.

 2005-ci ilin mart ayında 30 yaşı tamam olan müğənniyə ailəsi təmtəraqlı ad günü keçirtmək istəsə də o, qəti şəkildə etiraz edir. Sanki  başına gələcəkləri indidən hiss edir. Bacısına deyir ki, mən bilirəm ki, bu yaş mənə düşməyəcək. Elə 30 yaşımda da dünyadan köçəcəm. Gənc yaşında həyatdan köçəcəyi fikri onun ağlından çıxmır. 

Atası “Sarıtel” aşıq havasını çox sevdiyindən Şəfa demək olar ki, bütün el şənliklərində bu havanı ifa edirmiş. O, 2005-ci il dekabrın 3-də Saatlı rayonuna qohumlarının toyuna ailəsi ilə birgə gedir. Toyda anası ilə də son dəfə şəkil çəkdirir. Geri qayıdanda maşını Şəfanın qardaşı idarə edir və qəza törədir. Həmin vaxtı isə Şəfa başını anasının dizinə qoyub yatıbmış. Onları xəstəxanaya çatdırsalar da Şəfanın anası dərhal dünyasını dəyişir. Şəfa isə 3 gün komada qalır və dünyasını dəyişir.

Ailəsi onun haqqında  danışanda  ən çox sənət dostlarından gileylənir. Ən yaxın dostunun onun dəfninə gəlməməsi, hətta ailəsinə başsağlı verməməsi onları  ən az Şəfanın ölümü qədər sarsıdır…