"Asan İmza" sahiblərinə XƏBƏRDARLIQ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Asan İmza sahiblərinə xəbərdarlıq edib.
Qurumdan Adalet.az-a verilən məlumata görə, Asan İmza (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün mobil identifikasiyadır və bu, bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.
Qeyd olunub ki, “Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci madddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
Odur ki, vətəndaşların adından onlardan xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartının və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.
Digər Xəbərlər
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Kənd təsərrüfatı sahəsində tikinti ilə bağlı yeni qayda
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 10:36


Bakı -°C

