adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2020 15:15
45188
LAYİHƏ

Aşıq Bilal oğlu Aşıq Ağalar

(əvvəli qəzetin 9 iyul sayında)

Ənənəni saxlayan xalq aşığı birçox hallarda özü də epitet yaratmaqda söz sənətinə yeniliklər gətirir.

Nə gözəlsən, ay Gülbədən,

Sanki tavuz çəkib gərdən.

Yaxandakı qızılgülnən

Bəzə bu gülşəni, gözəl.

Və ya:

Zənəxdan üstündə, bir qoşaxallı

Zülfü əmbər çilər, dodağıballı.

Tovuz tamaşalı, sona misallı

Dünya şöhrətinə uyan olmasın.

Aşığın yaradıcılıq məkanı genişolsa da, coşqun ilhamı üçün əsl dayaq nöqtəsi doğma yurdu, doğma torpağıdır.

Bəzənmişdir başdan-başa elləri,

Şuşanın dağları, Gəncə gölləri,

Kürün kənarında, Muğan çölləri,

Ceyranlı düzləri Mildənşirindi.

Şirvan mahalının tər bənövşəsi

Gələndə eynimə, artır nəşəsi.

Dağlara, daşlara düşəndə səsi,

Kəkliyin nəğməsi baldanşirindi.

Aşıq dəfələrlə yön tutduğudağlara, çaylara, çöllərə, düzlərə yeni bir gözlə, yeni bir baxışla yanaşır,gördüyü gözəllikləri ayrı şövqlə tərənnüm edir.

Aşıq Ağalar şifahi xalq ədəbiyyatına,folklorumuza bağlı aşıqdır. Onun şeirlərində folklorun ruhu duyulur.

Dağ başında, qar pis olmaz,

Bağban dərən bar pis olmaz

Könül sevən yar pis olmaz

Könül ilqar verəndə gəl

Ürəyimi biləndə gəl.

Bu qoşmada xalq danışıq dilininətri, ruhu var. "Dağ başında qar", "Bağban dərən bar","Könül sevən yar" pis olmaz kimi ifadələri el dilindən qoparan aşıq,şeirin fikir yükünü zənginləşdirir. Atalar sözü və zərb-məsəlləri bəzən aşıqustalıqla dəyişdirir, onlara təzə poetik ruh verir:

Bir söz deyib keçmişlərdəatalar,

Atı axsaq alsan, sənə ar olar.

Aşıq Ağalar yaşadığı ağır günlərəbaxmayaraq, həmişə nikbinliyini qoruyub saxlamış, bir gözü gülüb, bir gözüağlayaraq xalqına, vətəninə nəğmələr qoşmuş, onu tərənnüm etməkdən nə yorulmuş,nə də doymuşdur.

Dünyanın üzünə düşəndən bəri,

Yüklənib üstümə qəmin ləşkəri.

Mənə dəyən acı-acı sözləri

Bir cüt öküz nədir, kəl çəkəbiməz.

Göründüyü kimi, represiya,yurd-yuvasından ayrılmaq, müharibə, aclıq və onlardan da betər "xalq düşmənininoğlu" damğası, tənəli söz onu kədərləndirsə də ruhdan düşmür, nikbindir,mübarizdir, inamlıdır.

İndi baxıb ellər bizdən dərsalır,

Xalqımız hər gündə min zəfərçalır.

Əməklə, cürətlə insan ucalır,

Azad vətənimdə, azad elimdə.

Aşıq Ağaların ömrünün sonçağında, xəstə yatağında yazdığı şeirlər diqqətimi çəkdi. Ahıl yaşda, bu haldasevgi ilə, məhəbbətlə bağlı gənclik ruhunda yazılmış şeirlər oxucusunu, dinləyicisinitəəccübləndirə bilər.

Çünki bu şeirlərdə hissiz, həyəcansızbir misra belə yoxdur. İnsan nə qədər ki, sağdı onun eşqi, məhəbbəti, sevgisiyaşayır.

Badə içsən gözəl yarın əlindən

Kim can verər, əcəl gəlsə qəfildən,

Gözəllər gözəli, səni görəndən,

Könlüm cənnət kimi diyaradüşdü.

Aşıq Ağalar klassik şeirimizinxalq içində ən çox rəğbət qazanmış nümunəsi olan qəzəl janrında da qələminisınamışdır. Onun qəzəllərində zahirən köhnə şeir üslubu nəzərə çarpsa da, mənavə məzmun müasirdir, zamanla səsləşir.

Güldən təzədir əndamınınmehri-səfası,

Oldu neçə min aşıq olan hüsnünəqurban.

Yazdı Ağalar şəninə min dürlü qəzəllər,

Ellər səni yad eyləyəcəkşadi-xuraman.

Və ya:

Al buxaqda olan, qönçə gülün rənginəbir bax,

Nə zimistanda bitər, nə dəgülüstanda, gülüm...

Bu misralardakı ifadə tərzi,gözəlin vəsfi danışıq dili qədər sadə, canlı, təbii, eyni zamanda, bədii təsvirəmalikdir.

Xalq şeirinin əksərformalarında yazıb-yaradan sənətkarın xeyli sayda qoşma, gəraylı, təcnis,deyişmə, qəzəl, bayatı, müxəmməsi vardır. Həmin şeirlərin bir çoxu toylarda, şənliklərdəoxunmaqla yanaşı müxtəlif mətbu orqanlarda, almanax və aşıqlara həsr olunankitablarda çap olunmuşdur.

Akademik,yazıçı-publisistRafael Hüseynov müxtəlif illərdə Azərbaycan Milli radiosunun "Axşam görüşləri"proqramında Aşıq Ağalar Mikayılovun həm öz həyat və yaradıcılıq yolu, həm atasıMirzə Bilal, həm də digər saz ustadları haqqında xatirələri lentə alaraq tarixüçün əbədiləşdirmişdir.

Eyni zamanda, aşıq Ağalarınömür yolu, yaradıcılığının müxtəlif məziyyətləri professor Ə.Cəfərzadə,professor Qara Namazov, R.Hüseynov,filologiya elmləri namizədi E.Məmmədli və başqalarınınməqalələrində təhlil edilmişdir.

Jurnalist T.Abdullayevin"Ata və oğullar" kitabında ustad aşıq Mirzə Bilalın və onunövladlarının yaradıcılığından seçmələr oxuculara təqdim olunmuşdur.

Qocaman jurnalist R.Fərəcov"Kürdəmir salnaməsi" və "Şirvannamə" əsərində aşıq Ağalarınhəyat və yaradıcılığından bəhs etmiş, şeirlərindən nümunələr vermişdir.

Ustad sənətkarın şəcərəsi, həyatı,yaradıcılığını daha dərindən araşdırmaq, təhlil etmək, şeirlərinin bir qisminitoplayıb çap etdirmək zəhməti isə Şirvanın cəfakeş alimi professor Seyfəddin Qəniyevinüzərinə düşüb. Onun 2011-ci ildə nəşr etdirdiyi "Şirvanlı AşıqAğalar" monoqrafiyası el aşığı haqqında oxuculara müfəssəl bilgi verməkləyanaşı, aşığın şeirlərinin böyük bir qismi, bağladığı dastanlardan biri, eləcədə sənətkar haqqında yazılanlar və xatirələr də dərc olunmuşdur.

O, Şamaxı qəzasının Qəşəd kəndində,Mirzə Bilal ocağında göz açdı atalı-analı dünyasına. Kürdəmirdən - ikinciocağından 75 yaşında köç etdi əbədi dünyasına. 9 övlad, 32 nəvə, soyunu davametdirəcək nəticələr və bir də söz xəzinəsini miras qoydu övladlarına,el-obasına...

...Sizə bir söz deyim. Bu nəsildə,şəcərədə aşıq Ağalarla bahəm rəhmətlik qardaşı Ağasəlim müəllim, yaşı 90-ıötmüş Şəfi kişi də şeir yazıb, saz çalıb, oxuyublar və bu qardaşlarınövladlarının hansını dindirsən şeirlə cavab verərlər. Hamısının təbi, səsi,avazı, istedadı, başlıcası isə sənətə, saza-sözə sevgisi, həvəsi var. Həkim, müəllim,ticarətçi, əczaçı, sürücü, neftçi, kitabxanaçı... Müxtəlif peşə sahibi olan bunəslin toplandığı yer şenlikdi. Və bu şenlikdən saz səsi, tar səsi, aşıqhavacatları muğam sədası gəlir. Şeir, söz, sənət havası duyulur. Çünki, bu ocaqsənət məbədidir. Bu ocaqda, bu şenlikdə Mirzə Bilalın ruhu gəzir.

Yaqut Bahadurqızı,

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.