Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-da qeyd ediləcək

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd olunacaq tədbirlər proqramına daxil edilib.
Adalet.az xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələr”i mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələnin UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprelində keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi mühüm nailiyyətdir:
“Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünün 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumları ilə yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”.
Digər Xəbərlər
30 Oktyabr 2025 15:21 Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26 Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49 Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28 Türkiyədən 4 kənd bu siyahıya daxil edildi
27 Oktyabr 2025 08:42 Tamaşaçıları düşündürən “Ana”
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 

Bakı -°C 






