"Aşiq olmaq sehrli bir duyğu yaşamaqdır..." - MÜSAHİBƏ

İnsan zəkası möcüzələr yaratmaq qabiliyyətində olsa da bəzən heç bir izahı olmayan səbəbə görə çarəsiz durumlara da düşür. Bu gün iç dünyamızın sirri – insan psixologiyasından danışdıq. Müsahibimiz öz peşəkarlığı ilə seçilən psixoloqlardan biri – Sevinc Əlizadədir.
- Sevinc xanım sahə üzrə mütəxəssis olmağa necə verdiniz?
- Hələ balaca qız idim, əlimə dezodrant qabını alıb ,kubiklərin üstünə çıxıb guya “veriliş “aparırdım ,başqa əyləncəmiz yox idi. ( gülür ). Uşaqlığım 1992-93- cü illər – müharibə illərində keçib. Mən psixologiyanı ürək döyüntülərimin iziylə tapmışam. Mən hələ uşaq olarkən ürəyin döyüntüsünü özüm üçün kəşf etdim. Hər gün suallar beynimdə dolaşırdı. Ürək nədən döyünür? Yaxud niyə sakit dayananda ürəkdən səs gəlmir ? Ürəyin“tup - tup” etməyi xoşuma gəlirdi. Zaman keçdikcə, ürəyin ritmini dəyişən şeylərə marağım artdı. Beləcə imtahan həyacanı,ailə daxili problemlər,insanlarla ünsiyyətdəki ürək döyüntülərim … İllər ötdü və anladım ki,hər ritmdə yeni bir mərhələ başlayır. Ürək döyüntü hər situasiyada bir cür olur. Ürək zatən döyünür, önəmli olan ritmi dəyişməkdi. Fərqində ol və həyatın ritmini tut!
- Ürək döyüntülərindən söz düşmüşkən təbiidir ki, bu döyüntülər həm də bir – birini sevən iki adamın sevgisindən yaranır. Bu ürək – könül məsələləri adətən evliliklərlə nəticələnir. Lakin sevən ürəklər bir –birindən ayrı da düşür və boşanmalar da baş verir. Sizcə bu ayrılıqların – boşanmaların əsas səbəbləri nədir?
- Fikrimcə ayrılıqların və boşanmaların əsas səbəbləri , çox həssas psixoloji məqamlarla bərabər iqtisadi problemlər, sosial-mədəni fərqlilik, cinsəl kimlik problemləri, ünsiyyət pozğunluğudur. Xəyanət və ya məişət zorakılığı səbəbindən ailə həyatı problemi yaşayan ər-arvaddan nə övladları ilə nə digər şəxslərlə sağlam münasibət qurmasını gözləyə bilmərik.
- Sizin düşüncənizə görə insanlar ailə qurarkən nələri nəzərə almırlar?
- Məncə başlıca səbəblərdən biri seçim xətasıdır. Daha sonra ilkin tanışlıq müddətində aşiqolma prosesi tam təsadüflər üzərində qurulmuş kimi görünsə də, əslində beynimizin alt qatlarındakı düşüncələr yoldaşımızı valideynlərimizlə qarışdırır. Bu fikri qəbul etmək asan deyil. Körpənin ilk dəfə ana ilə birlik hissi kimi, biz də həyat yoldaşımızdan möcüzələr yaratmasını və evlilikdə bu birlik hissini bizə qaytarmasını gözləyirik. Hər kəs müsbət xüsusiyyətlərə malik insanları axtardığını düşünür, xüsusilə uşaqlığı bədbəxt keçənlər, həyat yoldaşı seçərkən onları böyüdən insanlardan fərqli xüsusiyyətlərə sahib insanlara baxın. “Atam kimi içki düşkünü ilə heç vaxt evlənmərəm”, “Anam kimi davakar qadın istəmirəm” kimi fikirlərdə olan adamlar var. Lakin həyat elə gətirir ki, istəmədən valideynlərinin davranış xüsusiyyətlərini daşıyan insanları həyat yoldaşı olurlar. Həyatımızın ən erkən mərhələlərində bizə baxan insanların təəssüratları beynimizdə canlı xatirələrdir, xüsusilə də ağrılı təcrübələr ən dərin izlər buraxır. Buna görə də biz həyatımızın sonrakı illərində, xüsusən də sevgi münasibətlərində bu acı xatirələri canlandıran insanları seçməyə meylliyik.
- Şəxsi qənaətinizə əsaslanaraq sizcə qadın və kişilərin nikah anlayışının fərqi nədir?
- İnsanın hər kəsi özü kimi tanıması qədər sadəlövh bir şey yoxdur. Hər bir insanın fərqli şəxsiyyət modeli var. Peşəkar həyatımızda əlli il eyni ev paylaşan insanlar sonra bir-birlərinin yeni vərdişlərini kəşf etdiklərini söyləyən çoxlu cütlüklərlə rastlaşırıq. Əsas fikrimi elmi prizmadan cavablamaq istərdim.
Koqnitiv üslub( Cognitive Style ). Hər bir insanın uşaqlıqda beyninin dərinliklərində yazılmış həyat ssenariləri var. İnsan qocalıqda bu ssenariləri oynayır. Amma yeni rollar ortaya çıxanda ssenarini yenidən yazmaq lazımdır. Bunu bacarmayan insan konfliktə düşür.
Ünsiyyət tərzi(Communication Style). Hər bir insanın ünsiyyət tərzi fərqlidir. Harmonik, münaqişəsiz və sağlam ünsiyyət informasiya mübadiləsini gətirdiyi üçün tərəflər tək olmadıqlarını hiss edirlər. Münaqişənin yaşandığı kommunikasiyada informasiya mübadiləsinin olmamasına baxmayaraq, tərəflər tənhalıqdan xilas olur. Ünsiyyətin ən pisi yanlış ünsiyyətdir. Ünsiyyət olmadıqda məlumat mübadiləsi olmur və tənhalıq hissi yüksək olur. İnsan sosial bir varlıq olduğu üçün ünsiyyətin olmaması ən çox onun ruhunu incidir. Məsələn, həbsxanalarda on beş gündən çox təkadamlıq kamerada qalma və stimuldan azad mühit psixi sağlamlığı ciddi şəkildə təhdid edir.
Problemin həlli üslubu (Coping Style). Hər bir insanın problemə münasibəti və problemin həlli yolu fərqlidir. Bəziləri özünəqapalı olur, bəziləri çox danışır, bəziləri əsəbiləşir, bəziləri isə vəziyyəti inkar edir.
- Kişi və qadın arasında münasibətlər ehtirasdan başlayıbsa, bu münasibətlərin gələcəyi ola bilərmi ?
- Bu, kişi-qadın münasibətlərində ən kritik sual sayıla bilər. Evliliyin əvvəlində romantik hisslər daha çox üstünlük təşkil edir. İkinci dövrdə şəxsiyyət və güc qarşıdurmaları yaranır. Tərəflər ağıllı və ya şanslıdırsa, üçüncü dövrə, öhdəlik mərhələsinə keçirlər. Evlilikdə sevginin - yəni romantik hisslərin davam etməsi yaxşı münasibət qurmaqdan asılıdır. Aşiq olmaq sehrli bir duyğu yaşamaqdır. Bu o deməkdir ki, iki ayrı insan bir olur. Bu hiss qarşılıqlı gözləntiləri artırır. Kişi qadından onun kimi düşünüb davranmasını gözlədiyi halda, qadın da kişidən eyni şeyi istəyir. Sevgililər bir-birlərinə vaxt ayırmasalar və ya ünsiyyət tərzini düzəltməsələr, gözləntiləri xəyal qırıqlığına çevrilir. Nəticədə ittihamedici, mühakiməedici, dözümsüz, məcburedici və bağışlanmaz münaqişələr baş verir. Hər bir sevgili özünə sevgini davam etdirən kritik suallar verməlidir. “Niyə aramızda münaqişə var, bu münaqişənin arxasında nə dayanır?” kimi suallar cavab gözləyən suallardır. Konflikt yaşayan cütlüklər qarşı cinsin gizli fərqlərini anladıqda, sevgi və xoş niyyətin köməyi ilə problemlərini asanlıqla həll edə bilirlər.
- Yeni tanış olan cütlüklər ilk görüşlərdən qarşısındakı insanın ona lazım olduğunu necə müəyyən edə bilər?
- Məncə dəyərlər siyahısını gözləmləyərək...
- Müasir dövrün təbii olaraq öz tələbləri var. İnsanlar arasında hərdən belə fikirlər yaranır ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya münasibətiniz !
- Mən ailə tərəfdarıyam .Məsuliyyəti dərk edən insanlar ailə qurmalıdır .
- Son olaraq cəmiyyətə və xüsusilə də gənclərə demək istədikləriniz nələrsə varmı?
- Tanışlığın dadını çıxarın ,qarşınızdakı insanla münasibətin duyğu mənsubiyyətini doğru təyin etmə qabiliyyətinə yiyələnin deyərdim...
Mütləq ildə bir dəfə də olsa ruhsal vəziyyətinizi mütəxəssislə paylaşın...
Zehin bir qutudur...
Qutuya zinyət əşyası qoysaq mücrü olar...
Qutuya zibil qoysaq zibil qutusu olar...
Fərqində ol! həyat sənə verilmiş ən gözəl hədiyyədir , sükan arxasına keç və idarəetmənin həzzini yaşa!
Söhbətləşdi: Bünyamin Bünyadzadə
Digər Xəbərlər

"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanovla söhbət

Aqil Abbas: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq... - MÜSAHİBƏ
jpg-1749573902.jpg)
Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Aqil Abbas: "Deputat qazandığının hamısını evə apara bilmir" - MÜSAHİBƏ
jpg-1718088931.jpg)
"Seyid Cəfər Pişəvərinin qatilləri DTK, sürücü Karnik Melixyan və cərrah Əsriyan..." - MÜSAHİBƏ

Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı?- Psixoloqdan açıqlama
