19 Avqust 2025 12:49
85
DÜNYA

 "Atəşin dayandırılası, sülh müqaviləsinin bağlanması üçün əsas şərt ola bilməz"...???

Alyaska görüşündən sonra Dünyanın səbirsizliklə gözlədiyi Ağ Evdə ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında, Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarına başlanması üçün müzakirələr aparıldı.

 ABŞ prezidenti görüşün səmərəli keçdiyini bildirdi (kimin üçün?). "ABŞ Kiyevin təhlükəsizliyi üçün təminat verəcək"- deyə Tramp bildirib və əlavə edib ki, Zelenski və avropa liderləriylə sülh danışıqları davam etdiriləcək.

 ABŞ prezidenti müharibənin diplomatik yolla nizamlanması üçün çalışdıqlarını bildirib. Tramp müharibə zonasında atəşin dayandırılması məsələsinin danışıqlar prosesinə təsiri barədə bildirib ki, "Atəşin dayandırılması sülh müqaviləsinin baölanması üçün əsas şərt ola bilməz".

 Rüstəm Hacıyev