ZELENSKİ TRAMPIN GÖRÜŞÜNƏ «QOHUM-ƏQRƏBALARI» İLƏ GETMİŞDİ

Birinci görüşdə Tramp Zelenskini bərk danlamışdı. Geyiminə görə, özünü normal aparmadığına görə və sair və ilaxır. Hətta ekseprtlər deyir ki, Tramp
Zelenskini Ağ Evdən qovub.
Məşhur bir anekdot var. Dovşan gəlir çayın bir tərəfində dayanıb o biri üzdə yaşayan Ayını çağırır:
- Mişa! Mişa!
Ayı çıxır:
- Nədi, a bala?
Dovşan ayıya xoşagəlməz sözlər deyir, Ayı da heç nə edə bilmir, çünki gərək çayı keçə.
Bu hərəkət bir neçə dəfə təkrar olunur. Axırda boğaza yığılan Ayı çayı keçib bir kolluqda gizlənir və Dovşanı gözləyir.
Dovşan da bütün qohum-əqrəbalarını yığıb deyir ki, Ayının üzünə söyürəm mənə cavab qaytara bilmir. Və hamısını yığıb gətirir çayın kənarına.
Yenə çığırır:
- Mişa! Mişa!
Bu vaxt Ayı kolluqdan çıxır, yapışır Dovşanın boğazından və deyir:
- Nədi, ay bala?
Dovşan baxır ki, vəziyyət ağırdı, özü ilə gətirdiyi dovşanları göstərib deyir:
- Mişa dayı, bütün qohum-əqrəbanı yığıb gətirmişəm ki, səndən üzr istəyim!
İndi Zelenski də bu dəfə Trampın görüşünə Avropadakı «qohum-əqrəbalarını» da yığıb getmişdi. Üzünün güldüyündən belə məlum olurdu ki, deyəsən Tramp onu bağışlayıb.
Digər Xəbərlər

Mövzu xalq və dövlət olunca: 11 dəfə təşəkkür

TRAMP GÖRÜŞÜ YARIMÇIQ KƏSDİ

Tramp həmin görüşdə Azərbaycandan danışdı

"Atəşin dayandırılası, sülh müqaviləsinin bağlanması üçün əsas şərt ola bilməz"...???

Paşinyanla Pezeşkian arasında danışıqlar 1,5 saat davam edib - YENİLƏNİB

Lukaşenko və Pezeşkian ikitərəfli sənədlər imzalayacaqlar

Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər
