"ATƏT-in Minsk Qrupu ləğv edilməlidir" - Zaxarova
ATƏT-in Minsk Qrupu və onun aidiyyəti qurumları ləğv edilməlidir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarovanın fikrincə, Minsk Qrupunun buraxılması faktını Azərbaycan Prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa Şurası nümayəndəsinin 2022-ci ilin 6 oktyabr tarixində qəbul edilmiş birgə bəyanatı da təsdiq edir: "Minsk qrupu öz fəaliyyət obyektivliyini itirib. O, aydın şəkildə aradan qaldırılmalıdır".
O, bunun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib.
Digər Xəbərlər
31 Yanvar 2025 16:37