23 Iyun 2024 00:55
619
İDMAN

AVRO-2024: Belçika millisi Rumıniyanı məğlub edib - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.

Adalet.az-ın məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşllaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.

Ötən gün baş tutmuş görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin üç xalı var.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***00:40

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ikinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Belçika yığması fərqi artırıb - 2:0.

80-ci dəqiqədə Kevin De Bruyne fərqlənib.

 

***00:17

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ikinci hissə start götürüb.

Adalet.az-ın məlumatına görə, Belçika yığması hazırda hesabda öndədir - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

 

***00:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ikincu hissə start götürüb.

Adalet.az-ın məlumatına görə, Belçika yığması hazırda hesabda öndədir - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

 

***23:52

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, Belçika yığması fasiləyə öndə yollanıb - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

 

***23:04

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi Yuri Tilemans 2-ci dəqiqədə fərqlənib.

 

***23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun sonuncu matçı başlayıb.

Adalet.az-ın məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.

Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minumal hesabla uduzub - 0:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.