26 Iyun 2024 01:00
581
İDMAN

AVRO-2024: İngiltərə, Danimarka və Sloveniya 1/8 finala yüksəlib - YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçları başa çatıb.

Adalet.az xəbər verir ki, hər iki oyun qolsuz yekunlaşıb.

Beləliklə, İngiltərə qrup birincisi, Danimarka ikinci kimi 1/8 finala vəsiqəni təmin edib. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda çıxış edəcək.

 


00:11

Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçlarında ilk hissə bitib.

Adalet.az xəbər verir ki, hər iki oyunda hesab açılmayıb.

23:58

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunun İngiltərə - Sloveniya və Danimarka Serbiya matçlarında ilk hissə bitib.

Adalet.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.

 

23:02

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

Adalet.az-ın məlumatına görə, C qrupunda İngiltərə - Sloveniya və Danimarka - Serbiya görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq fransalı hakimlər Klement Turpin və Fransua Leteksye idarə edirlər.

Qeyd edək ki, hazırda İngiltərə millisi 4, Danimarka və Sloveniya 2, Serbiya isə 1 xala malikdir.