Avropa 4 saatlıq iş rejiminə keçir

Böyük Britaniyada onlarla şirkət həftədə 4 gün işləməyi daimi edir.
Həftədə 4 gün işləmək təcrübəsi bütün dünyada tədricən yayıldığı halda, Böyük Britaniyada təcrübənin əhatə dairəsi sürətlə genişlənir.
Ölkədə 100 şirkət daimi 4 günlük iş sisteminə keçmək qərarına gəlib. Bu şirkətlərdə çalışan 2600-ə yaxın işçi həftənin 4 günü eyni maaşla işləyəcək.
Pilotlara qatılan şirkətlər həftəlik iş saatlarının azaldılmasının məhsuldarlığı artırdığını bildirdi. Tətbiqdə iştirak edəcək şirkətlər arasında Böyük Britaniyada 450 işçisi olan Atom Bank və beynəlxalq marketinq şirkəti Awin kimi iri şirkətlər var.
Awin CEO-su Adam Ross 4 günlük iş qaydasının böyük bir transformasiya olduğunu ifadə edərək, sınaq müddətində işçilərin mənəviyyatında və sağlamlığında inanılmaz bir artım gördüklərini və müştəri münasibətlərində də böyük irəliləyiş əldə etdiklərini izah etdi.
Kembric və Oksford Universitetləri və Autonomy beyin mərkəzi də İngiltərədə 6 aylıq pilot tədqiqatda iştirak edən minlərlə işçisi olan şirkətlərə dəstək verdi. Sentyabr ayında keçirilən sorğuda pilot tədqiqatda iştirak edən şirkətlərin 88 faizi sınaqdan müsbət nəticələr əldə etdiyini bildirib. Bu şirkətlərin yüzdə 95-i həftənin 4 günü iş rejimində məhsuldarlığın eyni qaldığını və ya daha da artdığını ifadə etdi.
Dünyanın ən əhatəli pilot tətbiqində əsasən texnologiya, təşkilat və marketinq şirkətləri iştirak etdiyi halda, sınaqda istehsal və tikinti sektorlarından bəzi şirkətlər də iştirak edib.
Eminquey
Digər Xəbərlər
28 Oktyabr 2025 17:44 Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı
28 Oktyabr 2025 16:37 Üçtərəfli görüş üçün şərtlərini açıqladı
28 Oktyabr 2025 15:38 Lukaşenko Bakı-İrəvan sülhündən danışdı
28 Oktyabr 2025 12:44 Zelenski Ukraynanın dron istehsalından DANIŞDI
28 Oktyabr 2025 11:41 "Putin-Tramp sammiti baş tutacaq" - Orban
28 Oktyabr 2025 09:14 Türkiyədə 6,1 ballıq zəlzələ oldu, 100-dən çox afterşok qeydə alındı - YENİLƏNİB
27 Oktyabr 2025 18:00 “Sülh müqaviləsinin dəqiq tarixi və yeri məlum deyil”
27 Oktyabr 2025 15:57 

Bakı -°C 






