Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
2027–2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanıb.
Adalet.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2027-ci il dövlət və icmal büdcə layihələri, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və sosial-iqtisadi inkişaf proqnozlarına həsr olunmuş iclasda bildirib.
Baş nazir qeyd edib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim olunub.
Ə.Əsədovun sözlərinə görə, 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, eləcə də qlobal inkişaf meylləri fonunda Azərbaycan qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
O bildirib ki, qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunması və mümkün risklərə hazırlığın gücləndirilməsi əsas vəzifələrdəndir.
Baş nazir vurğulayıb ki, bu vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biri olacaq.
Ə.Əsədov qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, onun əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur.
“Cari il Strategiyanın həyata keçirilməsinin son ilidir. 2027–2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Son dövrdə Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə əlaqədar Strategiya üzərində son tamamlanma işləri aparılır. Sənədin yaxın aylarda təsdiq olunacağı gözlənilir”, – deyə Baş nazir bildirib.
Digər Xəbərlər
24 Sentyabr 2026 16:31
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
24 Sentyabr 2026 16:12
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24 Sentyabr 2026 16:02
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların hərbi hədəfləri məhv edildi - VİDEO
24 Sentyabr 2026 12:19
FHN təlim keçirdi - VİDEO
24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyaları artırılır
24 Sentyabr 2026 10:28
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq
24 Sentyabr 2026 10:25
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır" - Əli Nağıyev
23 Sentyabr 2026 20:16


Bakı -°C

