Avropa Oyunlarının və İslamiadanın qalibinə federasiyada vəzifə verildi

Yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyevə millidə vəzifə verilib.
Oxu.Az-ın xəbərinə görə, 33 yaşlı Mürsəliyev yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimizə məşqçi təyin olunub.
Bu millidə böyük məşqçi Taleh İsrafilovdur. Onun digər köməkçiləri isə Nazim Əhmədov və Rasim Ağayevdir.
Qeyd edək ki, Elvin Mürsəliyevin ötən il karyerasını başa vurduğunu da ilk olaraq Oxu.Az bildirmişdi.
O, ötən ildən məşqçilər korpusuna qeyri-rəsmi kömək edirdi.
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
