"Avropa zəncir gəmirir" -Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1109 | 2024-09-04 10:39

Kirill Loqvinov:" Avropa İttifaqı münaqişənin eskalasiyası kursunu götürüb"

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Kirill Loqvinov Lenta.ru saytına müsahibəsində bildirib ki, Rusiya və Avropa İttifaqı arasında münasibətlər hazırda ən aşağı nöqtəyə düşüb. Rusiyanın rəsmi nümayənləri açıq şəkildə bunu ölkələrinə qarşı düşmənçilik kimi qiymətləndirirlər. Rusiya artıq çoxdan avropalı məmurlar üçün strateji əməkdaşlıqdan çıxaraq, əvvəlcə strateji rəqibə, daha sonra isə düşmənə çevrilib.

 Avropa İttifaqı nəinki Ukraynaya hərbi və maliyə dəstəyini genişləndirir, hətta Rusiyanın enerji və nəqliyyat layihələrinə, bank sektoruna qarşı növbəti sanksiyalar paketi hazırlayır. Avropa İttifaqı niyə Ukraynaya dəstəyini genişlənditir, münasibətlərin pozulmasıa baxmayaraq, Rusiya ilə Avropa arasında hansı əlaqələr davam etdirilir və gələcəkdə ikitərəfli münasibətləri nələr gözləyir?

 Xəbər verildiyi kimi, bu günlərdə  Telegram kanalının yaradıcısı və rəhbəri Pavel Durov Fransada həbs olunub. Loqvinovun sözlərinə görə, avroməmurlar bu həbsə heç bir reaksiya göstərmədilər, jurnalistlərin suallarına cavab vermədilər. Ümumiyyətlə Aİ-də başqa-başqa ölkələrə müxtəlif cür yanaşırlar. Bəzi bəyənatlara və ya qərarlara tez qiymət verirlər, bəzilərinin bəyənatlarına münasibətdə susmağa üstünlük verirlər.
  
Biz özümüzdə Ermənistan-Azərbaycan münaqişəsində də, Avtopa İttifaqının ölkəmizə qarşı biryərəfli mövqe tutaraq, apardığı  çirkin təbliğatın dəfələrlə şahidi olmuşuq. 

 Loqvinov qeyd edir ki, əslində Pavel Durov və X sosial şəbəkəsinin sahibi İlon Maks arasında göstərdikləri media fəaliyyətləri ilə bağlı elə də bir fərq yoxdur. Hər ikisi əslində dünyada baş verən məlumatları öz kanalları vasitəsylə yayırlar. Lakin Avropa İttifaqının "tələblərinin" məntiqi belədir ki, bu mətbu əhatə, avtosenzura və avtonəzarəti avroməmurların birbaşa iştirakı ilə həyata keçirməlidirlər.

  Avropa İttifaqı Ukrayna ordusunun  Kursk vilayətinə, Rusiya ərazilərinə hücumunu sanki "zəncir gəmirirmiş" kimi qarşıladı. Onlar növbəti dəfə təsdiq etdilər ki, Rusiyaya qarşı  "xaç yürüşü" və hətta adi terrorçuluq hərəkətləri ukraynalıların haqq işi sayırlar.

 Rusiyalı diplomat biıdirir ki, qərb, mediyada onları qane etməyən məlumatları, avromatik olaraq "dezinformasiya" və ya "Kremlin təbliğatı" kimi dəyərləndirilir. Brüssel bürokratiyası,  "Avropa İttifaqı təhlükədədir" bəhanəsiylə üzv ölkələri milli maraqlarının əleyhinə olan addımlar atmağa məcbur edirlər. Rusiyalı diplomatlarla hər hansı bir kontakt, avrodeputatların "siyasi ölümünə" çevrilə bilər. Avropa İttifaqı şüurlu şəkildə Rusiyaya qarşı geosiyasi qarşıdurmaya gedir. 

 Rusiyanın Aİ-dəki daimi nümayəndəsi hesab edir ki, münasibətlərin bərpa edilməsi üçün Qərb Rusiyaya qarşı apardığı hibrit müharibədən imtina etməlidir. Lakin, təəsüflər olsun ki,  Qərbin "Şərqə doğru yürüşündən" imtina edəcəyi  ilə bağlı ümidverici perspektivlər görünmür...

 

TƏQVİM / ARXİV